Yuxarı

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən mebel sənayesi sahəsində AZS EN 716-1:2026 Mebel – “Uşaq çarpayıları və məişətdə istifadə üçün nəzərdə tutulmuş qatlanan uşaq çarpayıları - Hissə 1: Təhlükəsizlik tələbləri”, AZS EN 1272:2026 “Uşaq qulluq ləvazimatları - Masaya quraşdırılan stullar - Təhlükəsizlik tələbləri və sınaq üsulları”, AZS ГОСТ 24220:2026 “Mebel parçaları. Ümumi texniki şərtlər” AZS ГОСТ 34873:2026 “Mebel üçün dəri. Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.

Axar.az xəbər verir ki, bu barədə AZSTAND-dan bildirilib.

Belə ki, dövlətlərarası və Avropa standartları əsasında hazırlanan bu dövlət standartları daxili uzunluğu 900-1400 millimetr ölçüdə olan və məişətdə istifadə üçün nəzərdə tutulan uşaq çarpayılarına dair təhlükəsizlik tələblərini, köməksiz otura bilən, çəkisi 15 kiloqrama qədər uşaqlar üçün nəzərdə tutulan masalara quraşdırılan stullara dair təhlükəsizlik tələblərini və sınaq üsullarını, kimyəvi saplardan və ipliklərdən, təmiz kətan, yarı kətan, yarı yun, pambıq və mebel üzlükləri üçün nəzərdə tutulan qarışıq parçalardan hazırlanan hazır mebel parçalarını və iribuynuzlu mal-qara dərisindən hazırlanan və mebel istehsalında istifadə olunan dəri üçün ümumi texniki şərtləri müəyyən edir.

Qeyd edək ki, sözügedən dövlət standartı layihələri Azərbaycan Standartlaşdırma İnstitutunun nəzdində təsis edilən “Mebel sənayesi məhsulları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 14) təqdimatı əsasında AZSTAND tərəfindən qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Tarix
2026.05.23 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla