Yuxarı

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

Hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 8 müntəzəm reys həyata keçirilir. Sərnişin tələbatından asılı olaraq bu say dəyişə bilir. Məsələn, yay mövsümündə sərnişin axını artdığı üçün uçuşların sayı 16-ya qədər artır.

Axar.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İdarə Heyətinin sədri Samir Rzayev APA İnformasiya Agentliyi və Azərbaycan Dövlət Televiziyasına (AZTV) müsahibəsində Bakı-Naxçıvan-Bakı reysləri ilə bağlı bəzən gecikmələr, uçuşların təxirə salınması halları ilə bağlı suala cavab verərkən deyib.

S.Rzayev bildirib ki, reyslərin sayında edilən dəyişikliklər həm əməliyyat səmərəliliyi, həm də uçuş təhlükəsizliyi nəzərə alınaraq həyata keçirilir:

“Kəskin hava şəraiti, gözlənilməz texniki hallar zamanı müəyyən operativ qərarlar qəbul edilir və uçuş cədvəlində müəyyən dəyişikliklər tətbiq edilə bilir. Bir də görürsünüz ki, Bakıdan uçuşlarda təyyarə havaya qalxır və Naxçıvan istiqamətində davam etməkdədir və artıq Naxçıvana çatdıqda, ümumiyyətlə hava şəraitində dəyişiklik baş verdikdə və eyni zamanda, Naxçıvan Hava Limanının xüsusi relyefli bir ərazidə yerləşdiyini nəzərə alaraq, hava şəraiti təhlükəli hesab edildiyindən ekipaj – uçuş heyəti qərar verir ki, bu təhlükəli hesab olunur və təyyarə qayıtmalıdır. Sözsüz bizim üçün, AZAL üçün prioritet təhlükəsizlikdir və burada heç bir əlavə xərclərə baxmadan birmənalı şəkildə qərar ondan ibarətdir ki, təyyarə qayıtmalıdır, Bakıya eniş etməlidir və hava düzəldikdə həmin reys yenidən yerinə yetirilə bilər”.

Tarix
2026.05.23 / 23:18
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

Prezidentin sosial media hesabında WUF13-lə bağlı paylaşım...

Azərbaycan Çinə başsağlığı verdi

Bu sahə ilə bağlı yeni dövlət standartları qəbul olundu

103 ölkədən 569 QHT Bakı Bəyannaməsi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla