Yuxarı

Azərbaycan üzümlükləri yararsız hala düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan üzümlükləri yararsız hala düşdü

Bu ilki intensiv yağışlar Azərbaycanda üzümlüklərin yararsız vəziyyətə düşməsinə səbəb olub.

Report-un əldə etdiyi məlumata görə, respublika üzrə üzüm məhsulunun təxminən 70%-ı məhv olub və təhlükəli xəstəlik hesab edilən "mildiu"nun yaranmasına gətirib çıxarıb.

Bütün bölgələrdə müşahidə edilən bu xəstəlik üzüm tənəklərinin ən təhlükəli göbələk xəstəliklərindən biridir. O, özünü əsasən yalançı unlu şeh şəklində büruzə verir.

Mütəxəssislər hesab edirlər ki, üzümlüklərə vaxtında, mövsüm və hava şəraitinə, eləcə də torpağın xüsusiyyətlərinə uyğun şəkildə düzgün aqrotexniki qulluq göstərildikdə bu xəstəliyin qarşısını almaq mümkün olur.

Məsələn, SSRİ dövründə respublikaya intensiv yağıntılar düşərkən traktorlar sahəyə daxil olur və mistərkibli dərmanlarla bu cür xəstəliklərin qarşısı alardılar. Lakin hazırda fermerlərin böyük əksəriyyəti, eləcə də fərdi həyətyanı sahələrində üzüm yetişdirənlər mütəxəssis rəyi olmadan standart şəkildə aqrotexniki qulluq göstərməyə çalışırlar. Bu isə çox vaxt istənilən nəticənin əldə olunmasına imkan vermir.

Mütəxəssislər böyük potensiala, güclü genefonda malik bu cür sahənin itməməsi və daha düzgün şəkildə inkişaf etməsi üçün xüsusi koordinasiya mərkəzinin yaradılmasını zəruri hesab edirlər.

Onların fikrincə, fermerlərin, ümumiyyətlə, üzümçülüklə məşğul olan şəxslərin əlaqə yarada biləcəkləri, mütəmadi şəkildə müraciət edib tövsiyə ala biləcəkləri, bir sözlə, onlarda bu cür mədəniyyəti və etimadı formalaşdıracaq mərkəzin yaradılması üzümçülüyün, bütövlükdə, bağçılığın dirçəlməsində böyük rol oynaya bilər. Buna əyani misal kimi Türkiyədə fəaliyyət göstərən xüsusi Üzüm İstehsalı Birliyi göstərilir. Bu birlik üzümçülərə müasir texnikalardan istifadə etmək, məhsulun keyfiyyətini artırmaq, onu daxili və xarici bazarda reallaşdırmaq məsələlərində lazımi dəstək göstərir.

Tarix
2016.09.21 / 16:26
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan mühüm tərəfdaş olaraq qalır - Kallas

Əli Əsədov Qazaxıstanda səfərdədir

Latviya Prezidenti Azərbaycana gəldi

MM sədri MakKormak ilə sülh prosesini müzakirə etdi

Urmiya gölü haqda sevindirici xəbər

Meloni Azərbaycana bu tarixdə gələcək

Bu, Azərbaycanla münaqişənin başlaması deməkdir...

Bu qətnamələr tamamilə qərəzlidir - Deputat

Ermənistana dizel daşıyan qatar Biləcəridən yola düşdü

Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla