Yuxarı

Şahin Əliyev: "Burada kifayət qədər kobud səhvlər var"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahin Əliyev: "Burada kifayət qədər kobud səhvlər var"

Sentyabrın 21-də Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsinə dair ilkin rəyi ilə bağlı mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, Venesiya Komissiyasının rəyində kifayət qədər qeyri-dəqiqliklərin və kobud səhvlərin olduğunu deyən Şahin Əliyev bildirib ki, rəyin 25-ci bəndində Azərbaycan Konstitusiyasının 159-cu maddəsinə istinad edilir. Halbuki bizim konstitusiya 158 maddədən ibarətdir.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Komissiya tərəfindən Referendum Aktı layihəsinin insan hüquqları ilə bağlı məğzi dəstəklənir. Ş.Əliyev deyib: "Onların əsas narazılıqları icra hakimiyyəti şaqulisinin möhkəmləndirilməsi ilə bağlıdır. Söhbət Referendum Aktı qəbul ediləcəyi təqdirdə təsis ediləcək vitse- prezidentlər institutundan gedir. Əsas arqument ondan ibarətdir ki, təyinatlı vitse-prezidentlər institutu demokratik standartları pozur. Əgər normal müzakirələr keçsəydi, bizim rəyimiz öyrənilsəydi onlara sual vermək olardı ki, bu demokratik standartlar harada mövcuddur. Hansı beynəlxalq sənəddə, hansı aktda bu, əksini tapıb. Belə demokratik standartlar mövcud deyil".

Tarix
2016.09.21 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla