Yuxarı

İrəvandakı “İsgəndər”ə Rusiya XİN-dən - Cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda müstəqillik günü ilə bağlı keçirilən paradda nümayiş olunan "İsgəndər" raketinin Ermənistan, yaxud Rusiya Silahlı Qüvvələrinə məxsus olması sualına Rusiyanın Bakıdakı səfirliyi cavab vermək səlahiyyətinə malik deyil.

Bu sözlər Rusiyanın Bakıdakı səfirliyindən Axar.az-ın sorğusuna verilən cavabda əksini tapıb. Səfirlikdən bildirilib ki, məsələyə yalnız Rusiya Xarici İşlər Nazirliyi aydınlıq gətirə bilər.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova isə İrəvanda ötən gün nümayiş olunan "İsgəndər" raketinin İsgəndər-M olması barədə yayılan qeyri-səhih məlumatın ancaq Rusiya Müdafiə Nazirliyi tərəfindən cavablandırılmalı olduğunu bildirib.

Xatırladaq ki, ötən gün Ermənistanın müstəqillik günü ilə bağlı keçirilən paradda "İsgəndər" raketi nümayiş olunub. Rəsmi açıqlamada nümayiş olunan "İsgəndər"in hansı modifikasiyaya aid olduğu barədə heç bir söz deyilməsə də, bəzi media qurumları bunun İsgəndər-M raket kompleksi ola biləcəyi barədə xəbər yayıblar.

İsgəndər-M Rusiya silahlı qüvvələrinin cəbbəxanasına 2007-ci ildə daxil edilib. Bu raket 500 km-də yerləşən hədəfi 100 faiz dəqiqliklə məhv etmə imkanına malikdir. İsgəndər-M həmçinin nüvə başlığı daşıya bilir. Rusiya güvəndiyi silahlardan olan İsgəndər-M-i hətta ən yaxın müttəfiqinə belə satmır və bu raketin ixracı qadağandır. Ancaq Rusiyanın bəzi müttəfiq ölkələrində yerləşdirdiyi hərbi hissələrində, o cümlədən Ermənistandakı 102-ci rus hərbi bazasında İsgəndər-M raketinin olduğu istisna edilmir.

Bəzi hərbi müşahidəçilər İrəvanda nümayiş olunan silahın əslində İsgəndər-E olduğunu, Ermənistanın bu silahın dəqiq modelini açıqlamamaqla, əslində, daxili auditoriyada özünə xal toplamaq istədiyini və bu məqsədlə belə xəbərlərin yayılmasında maraqlı olduğunu bildirirlər.

Azərbaycan XİN bu xəbəri təxribat adlandırıb, Rusiya və Ermənistan isə mediada hallanan bu məlumatla bağlı heç bir açıqlama vermirlər.

Tarix
2016.09.22 / 12:45
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi

Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla