Yuxarı

Hərirçi: “Bakı ilə sazişin icrasına başlanılacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərirçi: “Bakı ilə sazişin icrasına başlanılacaq"

İran səhiyyə nazirinin Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq.

Bunu APA-nın İran bürosuna açıqlamasında İranın səhiyyə nazirinin müavini və Nazirliyin sözçüsü İrəc Hərirçi deyib.

İ. Hərirçi deyib ki, Azərbaycan və İran arasında tibbi, elmi əməkdaşlıq çox yaxşı səviyyədədir. "Səhiyyə və dərman preparatları istehsalı sahəsində iki ölkə arasında müqavilələr mövcuddur. Bu sənədlərin olması göstərir ki, iki ölkənin tibbi sahədə əməkdaşlığı üçün münbit şərait mövcuddur. Ümid edirik ki, İranın səhiyyə nazirinin Bakıya gözlənilən səfəri ilə Azərbaycan və İran arasında imzalanmış əməkdaşlıq sazişləri icrasına başlanılacaq"

İ.Hərirçi deyib ki, bu gün Azərbaycanda və Naxçıvanda çoxlu İranlı həkimlər fəaliyyət göstərir: "Bu həkimlər ağır əməliyyatlar, o cümlədən böyrək köçürmə əməliyyatı və digər əməliyyatlar həyata keçirir. Azərbaycandan isə çox sayda həkimlər İran universitetlərində elm dərəcəsi üzrə təhsil alır. Ümumilikdə, iki ölkə arasında tibbi sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir"

O əlavə edib ki, Təbriz Universiteti müştərək əməkdaşlıq üçün əsas təhsil ocağıdır: "Bir neçə ay öncə Azərbaycan rəsmiləri ilə əməkdaşlıq sazişi imzalanıb və onun icrası ilə iki ölkə arasında tibb sahəsindəki əməkdaşlıq daha da artacaq."

Tarix
2016.09.23 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla