Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və
bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ədliyyə
naziri Fikrət Məmmədov tərəfindən sentyabrın 30-da Ağcabədi
rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər
ki, qəbulda Ağcabədi, Beyləqan və İmişli rayonlarında yaşayan
vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə
baxılacaq.
Qəbul Ağcabədi şəhəri Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində
(ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 63)
keçiriləcək.
Vətəndaşlar qəbula Bərdə regional ədliyyə şöbəsi (ünvan: Bərdə
şəhəri, Heydər Əliyev prospekti 77, əlaqə telefonu: (02020)
5-16-53, (051) 958-5069), habelə Ədliyyə Nazirliyinin 510-10-01
(əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı
vasitəsilə, həmçinin Ağcabədi şəhəri Mədəniyyət Mərkəzində yazıla
bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin
həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq
imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron
xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək
lazımdır.