Yuxarı

“Qarant Sığorta” ləğv edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarant Sığorta” ləğv edildi

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən Qarant Sığorta ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziya ləğv edilib.

Palatadan Axar.az-a verilən məlumata görə, Qarant Sığorta ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən 25 dekabr 2015-ci il tarixində sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilib və qərarla bağlı Palataya müraciət daxil olub.

Palata "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və Palatanın Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq Qarant Sığorta Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, Qarant Sığorta ASC könüllü ləğv olunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərinin icra olunmasını təmin etmək məqsədi ilə sığorta müqavilələrini (poertfelini) qanunvericilik çərçivəsində Paşa Sığorta ASC-yə ötürüb.

Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə Qala Sığorta ASC-yə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilmişdir.

Belə ki, 15 avqust 2016-cı il tarixində Palataya Qala Sığorta ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunub.

Palata, cari ilin yanvar-avqust ayları üzrə Qala Sığorta ASC tərəfindən ümumilikdə 3,730,528 AZN sığorta haqqı toplanmasını, eyni zamanda, şirkətin yığımlarının 50%-dən çoxu icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq, sözügedən şirkətə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib.

Tarix
2016.09.27 / 20:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla