Yuxarı

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Düşünürəm ki, İranla razılığa gəlmək çox çətin olacaq. Çünki elan olunan şərtlər həddindən çox İranın lehinə və ABŞ-ın əleyhinə kimi görünür. Yaxın Şərqdə İranın təhlükəsizliyi artır. Həm Hörmüz boğazı, həm də raket müdafiəsi ilə bağlı İranın təsir imkanları artır. İran istədiklərini yenə əldə edir: sanksiyalar götürülür və dondurulmuş vəsaitləri bərpa olunur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ və İran arasında mümkün sülh sazişi haqda danışarkən deyib.

“Amma bu vəziyyətdə ABŞ nə əldə edir? Sadəcə atəşkəsin davamını. Bu şərtlər altında müqavilə, yəqin ki, ABŞ-a sərf etmir”, - o bildirib.

Ekspertin sözlərinə görə, İran tərəfi heç bir halda nüvə məsələsinin danışıqlar predmeti olmasını istəmir:

“Yəni deyirlər ki, nüvə məsələsi bizim daxili işimizdir, milli məsələdir, nüvə sənayesini davam etdirəcəyik. Bunu dinc məqsədlər, yanacaq üçün istifadə edirik. Amma nüvə silahı düzəltməməyə söz veririk. Yəni yeganə verdikləri söz budur. Və bundan bir addım da geri çəkilmək istəmirlər.

İranın daxilində də fərqli siyasi qüvvələri qabağa veriblər. Bəziləri - xarici işlər naziri, prezident və parlament spikeri müqavilədən istifadə edir. Digərləri isə - SEPAH, ordu generalları, parlamentin mühafizəkar nümayəndələri - daha radikal mövqe ortaya qoyur.

Bu, əslində İranın təbii fikir ayrılığı da, dövlətin ali rəhbəri tərəfindən qarşı tərəfə həm sərt, həm də yumşaq görünməklə bağlı rol bölgüsü də ola bilər”.

Turab Rzayev hesab edir ki, tərəflər hələ razılaşa bilmirlər:

“Açığı, tərəflərin yenidən bu müqavilə şərtlərinə qayıdacağını düşünmürəm. Hətta müəyyən məqamda hərbi qarşıdurma yenidən başlaya bilər”.

Tarix
2026.06.24 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniyada "Nardaran ssenarisi" - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla