Yuxarı

İlham Əliyev Abraham Kuperlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbəri, ravvin Abraham Kuperi qəbul edib.

Axar.az xəbər verir ki, Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper Azərbaycana bir neçə səfər etdiyini, hər dəfə ölkəmizdə dini dözümlülüyün şahidi olduğunu məmnunluqla qeyd edib.

O bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycanın dini tolerantlıq baxımından dünyada nümunəvi ölkə olduğunu vurğulayan ravvin Abraham Kuper ölkəmizdə V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində UNESCO və Simon Vizental Mərkəzinin birgə sərgisinin təşkilinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev sərginin əhəmiyyətini vurğulayaraq, dünya mediasında əsasən mənfi halların yer aldığı bir zamanda dini tolerantlıq, multikulturalizm kimi müsbət dəyərləri diqqət mərkəzinə gətirməyin vacibliyini qeyd edib. Dövlətimizin başçısı dünyada müharibə və münaqişələrin, etnik və dini gərginliklərin getdikcə artdığı bir dövrdə ölkəmizin əmin-amanlıq şəraitində uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan olunduğunu qeyd edərək bunun dövlət siyasəti olmasının əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Azərbaycanda multikulturalizm siyasətinin sosial sifarişə əsaslandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev ölkəmizdə mədəniyyətlərarası sülh və dostluğun mövcud olduğunu məmnunluqla qeyd edərək müxtəlif dinlərin və xalqların nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını deyib.

Görüşdə V Bakı Humanitar Forumunun beynəlxalq əməkdaşlığa verdiyi töhfənin önəmi qeyd olunub.

Tarix
2016.09.28 / 14:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla