Yuxarı

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin bəyanatı hesab edirik.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının açılışındakı çıxışında deyib.

“Bu müharibə sadəcə hərbi qarşıdurma deyildi. Bu, regionun strateji balansını dəyişdirmək və azad bir xalqa öz iradəsini qəbul etdirmək üçün təşkil olunmuş bir cəhd idi. Təcavüzü planlaşdıranlar düşünürdülər ki, hərbi təzyiq, mühasirə, psixoloji əməliyyatlar və terror aktları vasitəsilə İran xalqını geri çəkilməyə məcbur edə və regionun tənliklərini öz istəklərinə uyğun yenidən yaza bilərlər. Lakin baş verənlər onların hesablamaları ilə tam ziddiyyət təşkil etdi. İran xalqı göstərdi ki, müstəqil xalqlara öz iradəsini zorla qəbul etdirmək dövrü artıq başa çatıb. Dünya İranın necə müqavimət göstərdiyini və qələbəni necə əldə etdiyini gördü”, - Qalibaf vurğulayıb.

O, İranın itkilərə məruz qalmasına baxmayaraq, ABŞ və İsraili məğlub etdiyini iddia edib:

“Bu müharibə xalqımıza ağır zərərlər vursa da, bir həqiqəti üzə çıxardı: ən çətin şəraitdə xalqın müqaviməti və iradəsi təcavüzkarların bütün hesablarını alt-üst edir. Davamlı sülh təslimçilik, təzyiq və alçalma nəticəsində yox, güc, izzət və qarşılıqlı hörmət əsasında yaranır”.

O, ABŞ-la əldə olunmuş anlaşma memorandumunu Vaşinqton üçün məğlubiyyət adlandırıb:

“İslamabad anlaşması da təzyiq və məcburiyyətin yox, İran xalqının müqaviməti və qüdrətinin nəticəsi idi. Bu anlaşma göstərdi ki, dialoq yalnız qarşı tərəf öz iradəsini qədim və mədəni bir xalqa zorla qəbul etdirməkdən əl çəkdikdə və onun hüquqlarını tanıdıqda nəticə verir. Məhz buna görə İslamabad memorandumunu ABŞ-ın məğlubiyyətinin bəyanatı hesab edirik”.

Tarix
2026.06.24 / 11:47
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Yeni sədr təyin edildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla