Yuxarı

Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya kömək edənlərin “erməni soyqırımı” addımı... - Xaçikyan

İsrail hökuməti tərəfindən “erməni soyqırımı”nın tanınması yalnız alqışlana bilər, başqa heç nə!

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan qeyd edib.

O bildirib ki, Təl-Əviv bu addımı ilə Ermənistanı düşünmür, sadəcə, özünə sərf edən qərarı verir:

“Mən istərdim ki, xalqımızın faciəsi əlverişli fürsətdə siyasi təzyiq vasitəsi kimi istifadə olunmasın. Xüsusilə də Fələstinin dinc əhalisini məhv etməyə davam edənlər tərəfindən…

Azərbaycana silah verən (bütün silahlar pulla alınıb – red.) və onun 44 günlük müharibədə qələbəsinə kömək edənlərin “erməni soyqırımı” barədə addımını bayram etmək olmaz. Bunu yalnız siyasi jest olaraq alqışlamaq olar”.

Qeyd edək ki, ötən gün İsrail hökuməti qondarma “erməni soyqırımını” tanıyan qərarı təsdiqləyib. Sənədin qüvvəyə minməsi üçün onun İsrail parlamenti – Knesset tərəfindən də təsdiqlənməsi lazımdır.

Diqqətçəkən məqam isə ondan ibarətdir ki, Ermənistan ictimaiyyəti və İrəvandakı siyasi ekspertlər İsrailin qondarma “erməni soyqırımı” ilə bağlı qərarını ehtiyatla qarşılayır və ona şübhə ilə yanaşır. Ermənistan hökumətinin sözügedən qərara heç bir reaksiya verməməsi də maraq doğurur.

Tarix
2026.06.29 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla