Yuxarı

Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hesablama Palatasının iclası keçirildi - Yeni qərarlar

Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Palatadan Axar.az-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatı Samir Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.

Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Hesabatın təqdimatı çərçivəsində Səmərəlilik auditi şöbəsinin əməkdaşları tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələrə və müəyyən edilmiş nöqsanlara dair təqdimat edilib. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.

Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.

Tarix
2026.06.29 / 18:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla