Yuxarı

DB buna görə Bakıya 410 milyon ayıracaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
DB buna görə Bakıya 410 milyon ayıracaq

Dünya Bankı “Yaşana bilən Bakı” layihəsinin icrasına 410 milyon ABŞ dolları ayırmağı planlaşdırır.

Axar.az Report-a istinadla xəbər verir ki, Dünya Bankının məlumatına görə, layihənin 26 oktyabr 2026-cı il tarixinədək qiymətləndirilməsi planlaşdırılır, Direktorlar Şurası tərəfindən təsdiqi isə 2027-ci il fevralın 18-nə nəzərdə tutulub.

Maliyyələşdirmə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (Dünya Bankının strukturuna daxildir) xəttilə həyata keçiriləcək.

Layihənin ümumi dəyəri 501,25 milyon ABŞ dolları təşkil edir – Azərbaycan hökumətinin payı 91,25 milyon ABŞ dolları məbləğində nəzərdə tutulur. Layihənin məqsədi Böyük Bakı və ətraf ərazilərdə həyat keyfiyyətinin yüksəldilməsi və iqlim təhdidlərinə qarşı dayanıqlığın gücləndirilməsidir.

Layihə çərçivəsində Azərbaycan paytaxtının şəhər mühitinin ən aktual ekoloji problemlərin həlli məqsədilə razılaşdırılmış kapital qoyuluşu və institusional inkişaf tədbirlərinin maliyyələşdirilməsi təmin ediləcək. Layihəyə bir-birini tamamlayan üç investisiya komponenti və bir layihə idarəetməsi komponenti daxildir. Layihənin konsepsiyasına əsasən, Bakının şəhər mühitinin keyfiyyətinin və dayanıqlığının yüksəldilməsi infrastruktur boşluqlarının, ekoloji çirklənmənin aradan qaldırılması və institusional imkanların gücləndirilməsi üçün paralel səylər göstərilmədən qeyri-mümkündür.

Tarix
2026.06.29 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla