Yuxarı

Sadıkov Peterburqda: mühüm qərarlar qəbul edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 29-da Sankt-Peterburqda MDB ölkələri Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclası keçirilib.

Axar.az xəbər verir ki, iclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.

MDB Silahlı Qüvvələri Qərargah Rəisləri Komitəsinin iclasında bir sıra mühüm qərarlar qəbul edilib, hərbi təyinatlı vahid geoinformasiya sisteminin inkişafı, MDB ölkələri silahlı qüvvələrinin birgə rabitə sisteminin təkmilləşdirilməsi, ərazilərin minalardan təmizlənməsi, beynəlxalq terrorizmlə mübarizə və digər sahələrə dair fikir mübadiləsi aparılıb. Həmçinin cari ildə əməkdaşlığın yekunları və gələn il üçün tədbirlər planı nəzərdən keçirilib.

Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AzərTac-a bildiriblər ki, general-polkovnik Nəcməddin Sadıkov və ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov ümummilli lider Heydər Əliyevin Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Tarix
2016.09.29 / 21:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla