18:25
Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və
təchizatı" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli
1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar
Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4,
maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2
sentyabr tarixli 2298 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 1-ci hissədən "Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində" sözləri çıxarılsın;
1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:
"3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının
miqdarının müəyyən edilməsi.";
1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada
verilsin:
"3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi;
3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş
faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin),
eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri
Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil
edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;";
1.4. 3.2.4-cü yarımbənddə "Cəmiyyətin" sözündən sonra "İdarə
Heyətinin sədrinin təqdimatı əsasında" sözləri əlavə edilsin;
1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;
1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:
"5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət
Komitəsi:
5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə
Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini
təmin etsin;
5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay
müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər
görsün.";
1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:
"6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu
bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdıraraq təsdiq etsin.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev "Dövlət satınalmaları haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD
nömrəli Qanununun tətbiqi və "Dövlət müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş
qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması
Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında
dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və
"Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin
vəsaitləri hesabına satın alınması Qaydası"nın təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel
tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 4-cü hissədə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi" sözləri "Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq
Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş "Dövlət müəssisə və
təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası" üzrə:
1.2.1. 3.1.4-cü yarımbənddə "ASAN xidmət" mərkəzinə" sözlərindən
sonra "və ya tədarük və təchizat agentinə" sözləri əlavə
edilsin;
1.2.2. 3.1.5-ci bənddə "düzəliş edilməsi üçün Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və həmin istehsalçıya
müraciət edir;" sözləri "düzəliş edir və bu barədə həmin
istehsalçıya məlumat verir;" sözləri ilə əvəz edilsin;
1.2.3. 3.3-cü bənddə "Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi" sözləri "Ərzaq məhsullarının tədarükü və
təchizatı" Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilsin;
1.2.4. 3.6.1-ci yarımbənddə "Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinin" sözləri "Ərzaq məhsullarının tədarükü və
təchizatı" Açıq Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilsin;
1.2.5. 4.3-cü bənddən "və Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyinin birgə" sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman
imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun
tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə
1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699) ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında
Əsasnamə"yə aşağıdakı məzmunda 3.1.43-1-ci və 3.1.43-2-ci
yarımbəndlər əlavə edilsin:
"3.1.43-1. axtarışda olan, barəsində tutulma haqqında qərar
qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb
olunan, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında
məlumatları "Sərhədkeçməyə məhdudiyyət siyahısı"na daxil etmək;
3.1.43-2. nəqliyyat vasitələrini və istehsal, yaxud kommersiya
məqsədləri üçün nəzərdə tutulan malları Azərbaycan Respublikasının
ərazisinə müvəqqəti gətirən və ya bu ərazidən müvəqqəti aparan
fiziki şəxslər, onların nəqliyyat vasitələri və istehsal, yaxud
kommersiya məqsədləri üçün nəzərdə tutulan malları haqqında
məlumatları "Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı"na daxil
etmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv
statusunu dəyişdirmək;".
2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan
malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna
olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancına görə
tarifləri (gömrük orqanlarının sərəncamında olan anbarlarda
malların saxlancına görə Azərbaycan Respublikasının Nazirlər
Kabineti tərəfindən müəyyən edilmiş gömrük yığımlarının məbləğindən
az olmamaqla) iki ay müddətində müəyyən edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin".