Yuxarı

Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya inanmadı, panikaya düşdü, Bakını suçladı - Video

Ukrayna ordusunun Omskda neft emalı zavoduna zərbə endirməsi Rusiyada növbəti panikaya və həyəcana səbəb olub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Omsk NEZ-in Ukrayna sərhədindən 2500 km uzaqlıqda yerləşməsinə görə Rusiya buna inanmaq istəmir.

Rusiyalı ekspertlər, hərbi müxbirlər Ukraynanın bu qədər uzağa uçmağı bacaran və Rusiya HHM sistemlərindən yayınmaq keyfiyyətinə malik dronlara sahib olmasını qəbullanmaqda çətinlik çəkirlər.

Düşmənini zəif görən, 2022-ci ilin fevralında “3 günə Kiyevi alacağıq” deyən və 5 ildir Ukrayna ilə bacarmayan Rusiya son aylarda Ukrayna ordusunun strateji zərbələrini - Rusiyada NEZ-ləri hədəf almasını və yanacaq çatışmazlığına səbəb olmasını “anlaya” bilmir. Buna görə də ruslar istənilən yalan təbliğata əl atmağa çalışırlar. Bunlardan biri Ukraynanın sərhəddən deyil, guya Qazaxıstan ərazisindən hücum etməsidir.

Qəribədir ki, bu iddialar sırasında Azərbaycanın da adını çəkən tapılıb.

Hərbi müxbir Tomofey Yermakov özünün “Sinyaya Z boroda” Teleqram kanalında Ukrayna PUA-sının Xəzərdən keçə biləcəyini və Azərbaycandan uçmasının mümkünlüyünü iddia edib. Onun fikrincə, Rusiya SOCAR-ın Ukraynadakı YDM-lərinə zərbə endirir və azərbaycanlılar da bu cür qisas ala bilərlər.

Heç bir fakta əsaslanmayan bu cür gülünc iddiaların səslənməsi Rusiyanın Ukrayna dronları qarşısında acizliyini ört-basdır etməyə cəhddən başqa bir şey deyil. Çünki dronların hardan havalandığı və hansı ərazilərdən keçdiyini müəyyən etmək hazırda çətin deyil. Xüsusilə Rusiya kimi bir ölkənin peykləri bu marşrutları qeydə almağa qadirdir.

Tarix
2026.07.08 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Həlak olan hərbçimizlə bağlı yayılan video…

Naxçıvanın keçmiş rəhbərindən şok: Parlamentdə şortla...

Xəzər geri çəkilir: Azərbaycanı gözləyən 10 böyük təhlükə

Şövkət Mirziyayev Mikayıl Cabbarovu qəbul etdi

Mustafayevlə Overçuk sentyabrda görüşəcək

Vətən müharibəsi yeni reallıqlar yaradıb - Bayramov

Azərbaycan və Rusiya arasında sənəd imzalandı

Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoydu

AZAL qəzası ilə bağlı bütün məsələlər... - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla