Yuxarı

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

ABŞ-İsrail cütlüyünün İrana hücumları başlayanda bu savaşın yeganə hədəfinin İranın enerji resurslarına nəzarət etmək deyil, bundan daha əhəmiyyətli bir məqsədin - qlobal ticarət marşrutlarını dəyişmək olduğunu bildirmişdim. CENTCOM-un İrana dünənki hücumları bu ehtimalı gücləndirir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

“Dünənki hücumlarda iki mühüm hədəf vardı - biri Çabahar limanı, digəri isə Gülüstan əyalətində yerləşən Ağqala dəmir yolu xətti. Məlumdur ki, Çabahar neft və qaz resursları ilə fərqlənməyən ərazidir. Bu liman şəhəri Pakistanın Gvadar limanı ilə qonşudur və İranın birbaşa Hind okeanına açılan qapısıdır. Dolayısıyla Çabaharın enerji mənbəyi kimi deyil, logistik əhəmiyyəti var. Çabahar limanı istifadəyə yararsız hala salınarsa, İrandan Pakistan üzərindən Çinə neft nəqlinin də önü kəsilə bilər. Zənnimcə, oranın hədəfə alınmasının əsas məqsədi budur.

Gülüstan əyalətinin Ağqala şəhərində yerləşən Ağtəkə xan dəmir yolu da İranı Rusiya, Mərkəzi Asiya və Çinlə birləşdirən önəmli logistik qovşaqlardan biridir. İranın “Cahan” xəbər portalı “Ağqala haradadır və Ağqala körpüsünün əhəmiyyəti nədir?” başlıqlı məqalədə bu barədə yazıb.

Bildirilib ki, Ağqala Gülüstan əyalətinin şimal şəhərlərindən biridir, İranın Orta Asiya ölkələri ilə əlaqə qurması üçün ən vacib qapılardan biri hesab olunur.

“Gülüstan əyalətindəki Ninevo Mühafizəçilərinin rəsmi açıqlamasına görə, bu səhər Ağqala körpüsü ABŞ kruiz raketi ilə hədəfə alınıb. Bu körpü Gürkan-İncəburun dəmir yolu marşrutunda yerləşir və rəsmilərin sözlərinə görə, hücum körpüyə ziyan vurub, lakin heç bir itki ilə nəticələnməyib.

Ağtəkə xan körpüsü təkcə yerli körpü deyil, həm də ölkənin şimal-şərq dəmir yolu marşrutunun vacib strukturlarından biridir və bu xətt üzrə yük və sərnişin qatarlarının hərəkətində mühüm rol oynayır.

Bu körpü niyə vacibdir?

Ağtəkə xan körpüsü Gürkan-İncəburun dəmir yolu xəttinin bir hissəsidir.

Bu marşrut İranı İncəburun dəmir yolu vasitəsilə Türkmənistan, Qazaxıstan, Rusiya və digər Orta Asiya ölkələri ilə birləşdirir və beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin, eləcə də Avrasiya tranzit dəhlizlərinin vacib marşrutlarından biri hesab olunur”, - məqalədə vurğulanır.

Qeyd edilir ki, Ağqalanın coğrafi mövqeyi bu şəhərə regional nəqliyyat və tranzit tənliklərində xüsusi yer verir. Buna görə də Ağqala körpüsü sadəcə bir tikinti strukturu deyil, həm də İranın Orta Asiya və Rusiya ilə rabitə şəbəkəsinin bir hissəsidir.

Qısası, ABŞ-ın xüsusilə Çabahar limanını və Ağqala dəmir yolunu hədəfə alması İranı beynəlxalq tranzit xətlərindən təcrid etmək məqsədi daşıyır. Əslində Hörmüz boğazına hücumların da əsas məqsədi alternativ marşrut axtarışları ilə birbaşa əlaqəlidir. ABŞ Hörmüz boğazını keçilməz hala gətirməklə dünyanın ən önəmli enerji güzargahı olan bir marşrutu bağlamağa və ona alternativ geçiş xətləri açmağa çalışır. Yeni dünyanın mühüm enerji və ticarət xətlərindən bir olacağını düşündüyümüz bu marşrut Oman və ya BƏƏ-dən başlayaraq Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə üzərindən Avropaya açılacaq. Digər alternativ isə bu marşrutda Türkiyə və Suriyanın “by pass” edilərək İsrail üzərindən Yunanıstana çıxmaqdır. Zənnimcə, bütün yumurtaları eyni zənbilə yığmaq istəməyən anqlo-sakson ağlı bir-biriylə amansız rəqabət aparacağı gözlənilən hər iki güzərgahı eyni anda işlətməyə çalışacaq. Nəticədə amansız rəqabət tranzit xərclərini də azaldacaq”.

Tarix
2026.07.10 / 11:31
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla