Yuxarı

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

Axar.az xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.

Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.

Görüşdə Prezidentdə 32 il əvvəl Ulu Öndərlə çəkdirilmiş şəkil göstərilib.

Kişi sakin: Cənab Prezident, Allah Sizdən çox razı olsun. Ulu Öndərimizin siyasətini davam etdirdiniz. Yağı düşmənlərdən torpağımızı azad etdiniz. Allah Sizə cansağlığı versin, ailənizi qorusun, Sizi bizim üzərimizdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.

Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?

Sakin: Ağdam istiqamətidir.

Prezident İlham Əliyev: 1994-cü il.

Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.

Prezident İlham Əliyev: Tarixi şəkildir.

Tarix
2026.07.11 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla