Yuxarı

Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tələbə vaxtı diplom işimin mövzusu bu idi - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Folklend adaları məsələsinə münasibət bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda argentinalı jurnalistin Böyük Britaniya və Argentina arasında Malvin (Folklend) adaları ilə bağlı sualını cavablandırarkən deyib ki, bu məsələnin nə qədər həssas olduğunu yaxşı bilir.

“Hətta tələbə olduğum vaxt diplom işimin mövzusu da məhz İngiltərə-Argentina münaqişəsi idi. Çünki həmin hadisələr 1982-ci ildə baş vermişdi. Mən də 1982-ci ildə universiteti bitirirdim. Buna görə mövzu çox aktual idi və baş verən hadisələr barədə təxminən 30 səhifəlik təhlil yazmışdım. Düşünürəm ki, müsbət məqam ondan ibarətdir ki, mövcud vəziyyətə baxmayaraq, Böyük Britaniya və Argentina yaxşı münasibətləri qoruyub saxlayırlar. Yəqin ki, yaxın günlərdə yalnız yarımfinalda qarşılaşacağınız zaman rəqabət olacaq. Bu da ilk belə qarşılaşma deyil, əvvəllər də olub. Hesab edirəm ki, bu məsələ qarşılıqlı xoş niyyət və danışıqlar ruhunda, eyni zamanda beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun şəkildə həll olunmalıdır. Əsas məsələ hər bir ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Sizin də qeyd etdiyiniz kimi, Azərbaycan bu prinsipin qətiyyətli tərəfdarıdır. Bu mövqe, təbii ki, ölkəmizin ərazi bütövlüyünün vaxtilə pozulması ilə bağlı formalaşıb. Lakin biz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdikdən sonra da bu mövqedən geri çəkilmədik. Biz heç vaxt bu məsələyə siyasi üstünlüklər və ya ayrı-ayrı ölkələrlə münasibətlər prizmasından yanaşmamışıq. Biz onu ədalət və beynəlxalq hüquq baxımından qiymətləndiririk. Mənim mesajım da budur: Öz hüquqlarınızı və suverenliyinizi qoruyun. Bu, ötən il ukraynalı dostlarımıza ünvanladığım mesajın mahiyyətcə eynisidir”, - deyə dövlət başçısı qeyd edib.

Tarix
2026.07.13 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla