Yuxarı

Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan buna çox önəm verir - PA rəsmisi

Azərbaycan D-8-ə üzv olmasına çox önəm verir.

Axar.az Report-a istinadən xəbər ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev D-8 Media Mükəmməllik Mərkəzinin strategiyasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan bu qurumun tamhüquqlu üzvüdür:

"Azərbaycan D8-ə üzv olmasına çox önəm verir. Bütün D-8 ölkələrinin üzvlərinə bu təşəbbüsü dəstəklədikləri üçün təşəkkür edirəm. Bu gün Media Mükəmməllik Mərkəzi artıq tam olaraq fəaliyyətə başlayıb. Ümid edirik ki, D8 ölkələri Media Mükəmməllik Mərkəzindən fəal istifadə edəcəklər".

O qeyd edib ki, Prezidentin rəhbərliyi altında Azərbaycanın bu təsisatı yaratmaq təşəbbüsünü və səylərini dəstəklədiklərinə görə bütün D-8 üzvü olan ölkələrə də minnətdarlığını bildirir:

​"Bu gün bütün üzv ölkələrin yekdil dəstəyi ilə D-8 Mükəmməllik Mərkəzinin tam fəaliyyətə başladığını söyləməkdən məmnunluq duyuram".

O inandığını bildirib ki, D-8 Mükəmməllik Mərkəzi jurnalistlərin və media nümayəndələrinin, yəni üzv ölkələrin bütün digər ölkələrindən olan media təmsilçilərinin qarşılıqlı fəaliyyəti üçün bir platforma rolunu oynayacaq:

"Hesab edirik ki, media təlimləri, həmçinin media sahəsində əməkdaşlıq və media qurumlarımız arasında dəyərli qarşılıqlı fəaliyyət prioritetlər sırasında olacaq. Bununla yanaşı, dezinformasiya ilə mübarizə, süni intellekt alətlərinin mediaya tətbiqi və Mükəmməllik Mərkəzi tərəfindən təqdim edilmiş konsept sənədinə əsaslanan digər bəzi sahələr də bir çox başqa prioritetlər arasında yer alacaq".

Tarix
2026.07.13 / 18:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla