Yuxarı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

IV Şuşa Qlobal Media Forumunda Real TV-nin baş direktoru Mirşahin Ağayev də Azərbaycan Prezidenti İlham Əliyevə sual verib.

Axar.az xəbər verir ki, jurnalist Azərbaycan Respublikasının qalib Prezidenti İlham Əliyevin bəşəriyyətə yeni tarixi dönəm üçün müraciətinin nə olduğunu soruşub.

“Sözün düzü, bəşəriyyətə müraciət etmək bir qədər təkəbbürlü olar mənim tərəfimdən. Mən bildiyiniz kimi, həmişə çalışmışam ki, təvazökarlığımı itirməyim. Baxmayaraq ki, artıq 23 ilə yaxındır ki, bu kürsüdəyəm və bu illər ərzində Azərbaycan haradan haraya gəlib, indi xalqımız da yaxşı bilir, siz də bəlkə də hamıdan yaxşı bilirsiniz. Çünki siz müasir Azərbaycan tarixini, bəlkə də, ən dərindən və yaxından bilən şəxslərdən birisiniz. 90-cı illərin əvvəllərindən, bəlkə də, ondan da qabaq bütün bizim ağrılı dövrlərimiz sizin gözünüzün önündən keçib. I və II Qarabağ müharibəsini işıqlandırmısınız. Ona görə, bu tarixi yenə də deyirəm, Azərbaycanda sizin qədər bilən və Azərbaycan ictimaiyyətinə və dünyaya çatdıran ikinci şəxs çətin ki, tapılsın”, - prezident cavabında qeyd edib.

Tarix
2026.07.13 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla