Yuxarı

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.

Onun sözlərinə görə, sözügedən mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.

"Dövlət proqramına Azərbaycana uçuşlar gerçəkləşdirən aviaşirkətlərə yönəlik subsidiya mexanizmini daxil etmişik. Əsas hədəf yeni istiqamətlər üzrə uçuşların başladılmasını və hazırda mövcud olan reyslərin sayının çoxaldılmasını stimullaşdırmaqdır. Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və sair məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər irəli sürən ölkələrə üstünlük verirlər. Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, otelləri və digər turizm sahəsi iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək məqsədilə bu sahədə dəstək mexanizmi formalaşdırmağı nəzərdə tuturuq", - deyə o qeyd edib.

R.Əliyev həmçinin vurğulayıb ki, yeni dövlət proqramında Azərbaycana aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin cəlb edilməsi də əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən olunub.

Tarix
2026.07.15 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla