Yuxarı

Azərbaycana turist axınının azalmasının səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycana turist axınının azalmasının səbəbi...

Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib.

Axar.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.

Onun sözlərinə görə, son dövrlərdə baş verən bir sıra hadisələr Azərbaycanın turizm sektoruna da təsirsiz ötüşməyib:

"Hindistan və Pakistan arasında baş verən gərginlik, son dövrlərdə isə Yaxın Şərqdə yaşanan münaqişələr Azərbaycana turizm axınına təsir göstərib. Bu, bir daha sübut edir ki, turizm siyasi proseslərdən ən tez təsirlənən sahələrdən biridir. Bu cür hallarda təsirləri minimuma endirmək üçün çevik qərarların qəbul edilməsi və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

R.Əliyev əlavə edib ki, Agentlik yaranmış vəziyyətə operativ reaksiya verərək marketinq fəaliyyətini alternativ bazarlara yönəldib və bunun nəticəsində turizm sektorunda gözlənilən daha böyük itkilərin qarşısını qismən almaq mümkün olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-may aylarında Azərbaycana 186 ölkədən 871,7 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 11% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 27,2%-i Rusiya, 22%-i Türkiyə, 8,4%-i İran, 5%-i Gürcüstan, 4,5%-i Qazaxıstan, 3,2%-i Özbəkistan, 2,9%-i Hindistan, 2,7%-i Pakistan, 2,3%-i Çin, 2%-i İsrail, 1,8%-i Səudiyyə Ərəbistanı, 1,6%-i Ukrayna, 1,4%-i Türkmənistan, hər birindən 1,1% olmaqla Almaniya və Böyük Britaniya, 12,8%-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub.

Tarix
2026.07.15 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla