Yuxarı

Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə növbəti dəfə bütövlüyünü qorudu - Vəliyev

Bu gün – 15 iyul Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur. 10 il bundan əvvəl iyulun 15-dən 16-a keçən gecə hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdinin qarşısı Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqı tərəfindən qətiyyətlə alınıb. Nəticədə, Türkiyə xalqı növbəti dəfə irticaya və separatizmə qalib gələrək milli dövlətini, legitim hakimiyyəti və ölkənin bütövlüyünü qorudu.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, həmin qanlı və qaranlıq gecədə Türkiyənin gələcəyi üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub. Terror hadisələrinin isə FETÖ tərərfindən törədildiyi müəyyənləşdirildi. 15 iyul hadisələri fonunda Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa etdi. Həmin hadisələr zamanı Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə türk xalqı ayağa qalxaraq çevriliş cəhdinin qarşısını aldı. Bu, türk xalqının cənab Ərdoğana inam və etimadının yüksək göstəricisi oldu.

Millət vəkilinin sözlərinə görə, 2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Bu fakt bir daha təsdiqlədi ki, dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət tapmaq çətindir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan əlaqələr zamanın sınağından uğurla çıxıb və indiyədək heç bir kənar qüvvə bu əlaqələrə hansısa bir formada zərər vura bilməyib. Bizi birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib.

Samir Vəliyev qeyd edib ki, bu gün Azərbaycan və Türkiyə dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərirlər:

“Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətləri rəsmən təsdiqlənib. İki qardaş ölkənin liderləri böyük öndərlər Heydər Əliyevlə Mustafa Kamal Atatürkün ənənələrini eyni ardıcıllıqla davam etdirərək daha da zənginləşdirirlər”.

Tarix
2026.07.15 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla