Yuxarı

Papanın Azərbaycanla bağlı bu etirafı…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Roma Papası Fransiskin oktyabrın 2-də Azərbaycana səfəri ölkəmizin siyasi nüfuzu və Prezident İlham Əliyevin fərqliliklər, ziddiyyətli siyasi qütblər arasında dialoq qurmaq bacarığının göstərisici idi.

Axar.az xəbər verir ki, bu haqda millət vəkili Hikmət Babaoğlu açıqlama verib. Onun sözlərinə görə, ziddiyyətli beynəlxalq münasibətlərin gərgin dönəmində Roma Papasının Azərbaycana səfəri dünyaya verilən bir sülh və əməkdaşlıq mesajı idi:

"Ölkə başçısı bildirdi ki, bu səfər bir daha sivilizasiyalararası dialoqun yaşadığını, gücləndiyini göstərir və ona görə də biz bu dialoqa yeni təkan verməyə çalışırıq. Məsələ ondadır ki, hazırda Qərbin bir sıra imperialist mərkəzləri mövcud vəziyyəti daha da kəskinləşdirmək məqsədilə islamofobiya adlı silahdan məhz müsəlman şərqini dağıtmaq üçün istifadə edirlər. Papa Azərbaycanın timsalında bir daha şahid oldu ki, dünyada multikultural dəyərlərin yaşadığı, tolerantlığın mövcud olduğu, dini və etnik fərqliliyin zənginlik kimi qəbul edildiyi müsəlman ölkəsi var və bu təcrübə nümunə olmağa layiqdir. İki milyarddan çox xristianın dini lideri tərəfindən Azərbaycanla bağlı səsləndirilən fikirlər həm də ölkəmizin bir əməkdaşlıq məkanı olmasının etirafı idi. Bu cür münasibət isə əlbəttə, Azərbaycana ciddi siyasi divident kimi qayıdacaq miqyasdadır".

Tarix
2016.10.04 / 12:08
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Azərbaycan-Slovakiya sənədləri imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla