17:56
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən
vəzifəli şəxslərin siyahısı"nın təsdiq edilməsi haqqında fərman
imzalayıb.
Axar.az xəbər verir ki, fərmana əsasən, "Kommersiya (vergi)
sirri hesab olunan məlumatları əldə edə bilən vəzifəli şəxslərin
siyahısı" təsdiq edilib (əlavə olunur).
"Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə
bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli
954 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2003, № 10, maddə 559; 2010, № 11, maddə 973; 2016, № 4,
maddə 668), "Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə
edə bilən vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli
954 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 24 noyabr tarixli 357 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №
11, maddə 973) və "Azərbaycan Respublikası Prezidentinin 2003-cü il
23 oktyabr tarixli 954 nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən
vəzifəli şəxslərin siyahısı"nda dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 aprel tarixli
863 nömrəli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016, № 4, maddə 668) Fərmanı ləğv edilib.
Kommersiya (vergi) sirri hesab olunan məlumatları əldə edə bilən
vəzifəli şəxslərin siyahısı:
1. Azərbaycan Respublikasının vergilər naziri
2. Azərbaycan Respublikası vergilər nazirinin birinci
müavini
3. Azərbaycan Respublikası vergilər nazirinin müavinləri
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti
və strateji araşdırmalar baş idarəsinin rəisi
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili
təhlükəsizlik baş idarəsinin rəisi
6. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş
idarəsinin rəisi
7. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi
risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi
8. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi və
operativ nəzarət idarəsinin rəisi
9. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında
departamentlərin rəisləri
10. Azərbaycan Respublikası Vergilər Nazirliyinin ərazi vergilər
departamentlərinin, ərazi vergilər idarələrinin və rayon vergilər
şöbələrinin rəisləri
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi
Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi
sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin
rəisi.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Hərbi
vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiqi və "Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli
593 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.
Fərmana əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiqi və "Azərbaycan
Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidməti haqqında Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli 593 nömrəli
Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2012, № 2, maddə 82; 2015, № 2, maddə 138, № 7, maddə 831, № 11,
maddə 1320; 2016, № 6, maddə 1034) 5.1-ci bəndinə "12.4-cü
maddəsində birinci halda," sözlərindən sonra "21.1-ci," sözləri
əlavə edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında dəyişikliklər edilməsi haqqında fərman
imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral
tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə
460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 1001 nömrəli
Fərmanı) aşağıdakı dəyişikliklər edilib:
4.3-cü bənddən "189.2," rəqəmləri çıxarılsın və 5.2-ci bənd ləğv
edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr
tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 739 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci
il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli
739 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, № 1, maddə 61) 1.2-ci bəndində "sahilboyu zolağın"
sözlərindən sonra "kağız üzərində" sözləri əlavə edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Xəzər dənizinin
(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin
sahilboyu 20-50 metrlik zolağının elektron formada (ArcGİS
proqramında mdb formatda, gücləndirilmiş elektron imzalı) qrafik
təsvirini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat vermək və bu fərmandan irəli gələn digər
məsələləri həll etmək tapşırılıb.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə bu
fərmanın 2.1-ci bəndində nəzərdə tutulan elektron formada qrafik
təsvirin təsdiq edilməsindən sonra on gün müddətində onun öz rəsmi
internet səhifəsində yerləşdirilməsini təmin etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
yetkinlik yaşına çatmayanların öz daimi yaşadıqları dövlətlərə
qaytarılması məsələlərində Müstəqil Dövlətlər Birliyinin
iştirakçısı olan dövlətlərin əməkdaşlığı haqqında 2002-ci il 7
oktyabr tarixli Sazişə dair İcra Protokolunun təsdiq edilməsi
haqqında fərman imzalayıb.
Fərmana əsasən, yetkinlik yaşına çatmayanların öz daimi
yaşadıqları dövlətlərə qaytarılması məsələlərində Müstəqil
Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlığı
haqqında 2002-ci il 7 oktyabr tarixli Sazişə dair 2015-ci il
oktyabrın 30-da Düşənbə şəhərində imzalanmış İcra Protokolu təsdiq
edilib.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmanın 1-ci
hissəsində göstərilən İcra Protokolunun müddəalarının həyata
keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də İcra
Protokolunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər
Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci illər üzrə
mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair Proqramın təsdiq
edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi ilə Ukraynanın Mədəniyyət Nazirliyi arasında 2016-2020-ci
illər üzrə mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa dair
2016-cı il iyulun 14-də Bakı şəhərində imzalanmış Proqram təsdiq
edilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu
Fərmanın 1-ci hissəsində göstərilən Proqramın müddəalarının həyata
keçirilməsini təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də Proqramın
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Ukrayna Hökumətinə bildiriş göndərmək
tapşırılıb.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ilə İran İslam Respublikasının
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında elektron
təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi ilə İran İslam Respublikasının Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi arasında elektron təhlükəsizlik sahəsində
əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də Bakı şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma
Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası
Hökumətinə bildiriş göndərsin".
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə
İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında
standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və
akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi
haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye
Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya,
uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı
il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və
Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsində göstərilən
Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası
Hökumətinə bildiriş göndərsin".