Yuxarı

Nəcəf Nəcəfovun məzarındakı barelyef oğurlandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəcəf Nəcəfovun məzarındakı barelyef oğurlandı - Foto

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan tutulub.

Axar.az lent.az-a istinadla xəbər verir ki, vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib.

Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir.

Hadisəni törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ü.Kazımov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Fakta görə cinayət işi başlanılıb.

Barelyef satıldığı yerdə aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edək ki, Nəcəf Nəcəfov 80-90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub. Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib. 2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib.

Tarix
2026.09.09 / 16:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla