Yuxarı

İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail “soyqırım” səsverməsini Bakının təzyiqi ilə dayandırıb

Azərbaycanın təzyiqindən sonra “erməni soyqırımı”nın tanınması məsələsi İsrail Knessetinin gündəliyindən çıxarılıb.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Haaretz” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, İsrail rəsmiləri Azərbaycan tərəfini əmin ediblər ki, qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı məsələ Knessetin gündəliyindən çıxarılıb.

İsrailli bir mənbənin iddiasına görə, xarici işlər naziri Gideon Saar tərəfindən irəli sürülən səsvermə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Azərbaycan Prezidenti İlham Əliyevin adından Baş nazirin Ofisi ilə əlaqə saxlamasından sonra Benyamin Netanyahu tərəfindən bloklanıb.

“Haaretz” yazır ki, bundan sonra İsrail hökuməti Azərbaycan rəsmilərinə məsələni Knessetin gündəliyindən çıxardığını və buna görə də ötən həftə yay tətilindən əvvəl keçirilən son plenar iclaslarda səsverməyə çıxarılmayacağını bildirib.

Tarix
2026.07.19 / 17:39
Müəllif
Axar.az
Digər xəbərlər

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla