Yuxarı

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Azərbaycan Kinematoqrafçılar İttifaqında yaranmış qeyri-müəyyənlik aradan qaldırılmalı, yeni demokratik konfrans keçirilməlidir.

Bu sözləri Axar.az-a açıqlamasında yazıçı, Kinematoqrafçılar İttifaqının üzvü Nəriman Əbdülrəhmanlı AKİ-də yaranmış gərginlik barədə danışarkən deyib.

Onun sözlərinə görə, AKİ-nin mayın 24-də keçirilən konfransında qurumun siyasi katibi Əli İsa Cabbarov öz namizədliyini sədr postuna irəli sürüb.

“Lakin bundan narazı qalan qarşı tərəf, demək olar ki, proseduru blokadaya aldı. İmkan vermədilər ki, normal səsvermə keçirilsin. Bununla belə, Əli İsa Cabbarova böyük əksəriyyət səs verdi.

Prosedurun keçirilməsinə etiraz edən tərəf AKİ-nin birinci katibi, xalq artisti Şəfiqə Məmmədova və idarə heyətinin bir sıra üzvləridir.

Səsvermənin nəticələri təsdiq olunması üçün Ədliyyə Nazirliyinə göndərilib. Ancaq iki ay keçməsinə baxmayaraq, hələ də qərar təsdiqlənməyib”, - o bildirib.

Yazıçı AKİ-nin taleyi ilə bağlı qeyri-müəyyən vəziyyət yarandığını vurğulayıb:

“Mövcud vəziyyətdən çıxış yolu qanuni əsaslarla yeni konfransın keçirilməsi və qurumun yeni sədrinin seçilməsidir. AKİ-nin fəaliyyəti öz işini davam etdirməlidir. Ona görə də idarə heyəti yeni iclas keçirərək çağırış edib ki, demokratik qaydada yenidən konfrans keçirilsin. Kimlər istəyirsə, öz namizədliklərini irəli sürsünlər. Kim seçilsə, AKİ-nin sədri olsun və qurumun fəaliyyəti davam etdirilsin”.

Nəriman Əbdülrəhmanlı hesab edir ki, yeni konfransın keçirilməməsi Azərbaycan Kinematoqrafçılar İttifaqının gələcək fəaliyyəti üçün ciddi təhlükə yarada bilər:

“Konfrans keçirilməsə, qanuni sədr seçilməsə, AKİ-nin fəaliyyəti dayana bilər. Bu isə çox təhlükəli proses olar və qurumun bağlanmasına səbəb olar. Ona görə də çağırış edirik ki, heç olmasa, sentyabrın əvvəlinə qədər, bir ay ərzində AKİ-nin yeni qurultayı keçirilsin. İddiaçılar öz namizədliklərini irəli sürsünlər, demokratik qaydada sədr, katiblər və idarə heyəti seçilsin”.

Qeyd edək ki, AKİ-nin idarə heyəti bəyanat yayaraq bildirib ki, vəziyyətdən yeganə çıxış yolu Nizamnamənin tələbinə uyğun olaraq, yeni sədr seçkisi keçirməkdir. Onlar 5 sentyabr, 2026-cı il tarixinə qədər seçkinin keçirilməsini tələb edirlər.

Tarix
2026.08.01 / 08:35
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla