Yuxarı

İkram Kərimov vəfat etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İkram Kərimov vəfat etdi

Vəkillər Kollegiyasının Ağsaqqallar Şurasının sədri, respublikanın Əməkdar hüquqşünası İkram Kərimov vəfat edib.

Axar.az xəbər verir ki, bu barədə E-hüquq.az məlumat yayıb.

Qeyd edək ki, İkram Kərimov 1942-ci ildə Kürdəmir şəhərində anadan olub. 1959-cu ildə Kürdəmir şəhər orta məktəbini bitirib. 1959-1961-ci illərdə sovxozda fəhlə işləyib. 1961-1966-cı illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olub və hüquqşünaslıq ixtisası alıb.

1966-1978-ci illərdə Bakı şəhərinin Oktyabr (Yasamal), Qusar və Xaçmaz rayon prokurorluqlarında müstəntiq, Azərbaycan SSR Prokuroru yanında mühüm işlər müstəntiqi vəzifələrində, 1978-1987-ci illərdə Bakı şəhər Əzizbəyov (Xəzər) rayon prokuroru, Bakı şəhər prokurorunun birinci müavini – istintaq şöbəsinin rəisi işləyib. 1987-2012-ci illərdə Bakı şəhər məhkəməsinin sədri, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası hərbi məhkəməsinin sədri və Sumqayıt Apellyasiya Məhkəməsinin sədri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Ali Məhkəməsi yanında və Polis Akademiyasında Elmi-Məsləhət Şurasının üzvü olub. Dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında Dövlət İmtahan Komissiyalarına sədrlik edib.

14 aprel 2017-ci ildən Azərbaycan Respublikasının Bank ombudsmanı idi.

Üç övladı, doqquz nəvəsi var.

SSRİ Baş Prokuroru tərəfindən baş ədliyyə müşaviri xüsusi rütbəsi, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən I ixtisas dərəcəli hakim rütbəsi verilib.

"Şərəf nişanı" ordeni, "Tərəqqi", "Əmək veteranı" medalları və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin, SSRİ Baş Prokurorunun, Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının, Azərbaycan Respublikası Ədliyyə nazirinin Fəxri fərmanları ilə təltif olunmuşdur. Respublikanın "Əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

04 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında hüquq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə 14 yanvar 2019-cu il tarixində Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilərək Kollegiyanın Ağsaqqallar Şurasının sədri seçilib.

Tarix
2026.08.02 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

Paşinyan TRİPP-dən danışdı: Azərbaycanla bağlı detal

Bayramov Trampın təşkil etdiyi qəbulda iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla