Yuxarı

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İran hökuməti 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı üstündən 8 il keçəndən sonra nəhayət ratifikasiya üçün parlamentə (İslam Məşvərət Şurasına) təqdim edib.

İyulun 22-də Nazirlər Kabinetində təsdiqlənən sənədin yaxın vaxtlarda parlamentdə müzakirə olunaraq qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, sözügedən sənəd 5 Xəzəryanı ölkə-Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri tərəfindən imzalanıb.

Amma sənəd digər dörd sahilyanı ölkə tərəfindən vaxtında təsdiqlənsə də, İran daxili siyasi müzakirələr və pay bölgüsü ilə bağlı narahatlıqlar səbəbindən ratifikasiyanı ləngidir.

Görəsən İranın 8 il gözlədikdən sonra bu məsələdə birdən-birə mövqeyinin dəyişməsinə səbəb nədir?

Axar.az xəbər verir ki, sabiq xaric işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, İranın Xəzərin statusu ilə haqqında Konvensiyanı nəhayət ratifikasiya üçün parlamentə təqdim etməsi ilk növbədə ölkənin mövcud daxili vəziyyətilə bağlıdır.

Ekspertin sözlərinə görə, Tehranın sözügedən məsələdə yumşalmasına həmçinin, ABŞ ilə aralarında olan müharibə, habelə Ukrayna-Rusiya savaşı da öz təsirini göstərib:

“Xəzərə aid Konvensiyada müxtəlif məsələlər bu və ya digər şəkildə öz həllini tapıb, o cümlədən gəmiçilik məsələsi. Hazırda Ukrayna dronlarının Rusiyaya doğru hərəkət edən İran gəmilərinə hücum etdiyini görürük. Nəticədə bu hücumlarla İran mallarına da ziyan dəyir. ABŞ ilə İsrailin İranla toqquşması, həmçinin Ukrayna ilə Rusiya arasındakı müharibə onu göstərir ki, Xəzər regionunda da gərginlik artır. İranın Xəzərə dair Konvensiyanı ratifikasiya etməyə nəhayət meylli olması da məhz bununla əlaqədardır.

Gəmiçilik qaydalarına gəldikdə, İran tərəfi bu qaydaları qəbul etmirdi. İndi isə onlar göstərmək istəyir ki, Xəzəryanı ölkələrin sərbəst gəmiçiliyi üçün prosesdən faydalanmaqda maraqlıdır. İran bölgü məsələsində də sovetlər dönəmində olan Astara-Həsənqulu xəttini qəbul etməyib. İndi görünür bu istiqamətdə də Tehranın mövqeyi dəyişməkdədir”.

Tarix
2026.08.05 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

İranlı professor: Azərbaycanı hədələmək əvəzinə...

Şirvan Kərimovun səlahiyyətlərinə xitam verildi

Hacıyev “Türkiyə”yə danışdı: İran böhranı ilə bağlı baxışımız...

Bakıdan imtina edən Talebə Kırıkovalıdan cavab

Ordumuzla üzbəüz mövqedə nələr var? - Erməni hərbçi

Rusiya azərbaycanlı diasporun obyektini məhv etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla