Yuxarı

Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Proses sürətləndi: hökumət yeni modelə bu tarixdə keçəcək

Daha beş İcra Hakimiyyətinin İT sistemi “Hökumət buludu”na köçürülüb. “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”na əsasən, Azərbaycanda elektronlaşma prosesinin daha da sürətlənəcəyi gözlənilir. Fəaliyyət planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi mühüm prioritetlər kimi müəyyən edilib.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, sənəddə əsas istiqamətlərdən biri də kağızsız hökumət modelinə keçiddir:

“Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və kağızsız idarəetmə sisteminin tətbiqi planlaşdırılır.

Bəs, Azərbaycan kağızsız hökumət modelinə nə zaman keçəcək?

Plana əsasən, kağızsız hökumətin formalaşması fəaliyyət istiqamətinə uyğun olaraq əsas icraçı qurum Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Kağızsız hökumət dövlət qurumlarının daxili biznes proseslərinin azı 80 faizinin (maliyyə, insan resursları, satınalma) təhlilini, müəssisə resurslarının planlaşdırılmasını və rəqəmsal iş axını üçün vahid texniki meyarların təsdiqini özündə ehtiva edir. Bu, müəssisə resurslarının planlaşdırılması və rəqəmsal iş axını sistemləri tətbiq olunan qurumların payının 40 faizi üstələməsinə gətirib çıxaracaq.

Azərbaycanda kağızsız hökumətə keçid 2 il sonra- 2028-ci ilin iyul ayında reallaşacaq. Bununla da dövlət qurumlarında sənəd dövriyyəsinin və əməliyyatların 80 faizi rəqəmsal formata keçiriləcək. Bu, innovativ sahələrin ümumi daxili məhsuldakı payının artırılmasına, sahibkarlığın inkişafına, vətəndaşların dövlət xidmətlərindən istifadəsinin genişləndirilməsinə və dövlət idarəçiliyinin rəqəmsal transformasiyasına mühüm töhfə verəcək”.

Tarix
2026.08.06 / 12:26
Müəllif
Axar.az
Digər xəbərlər

Parisdə polis bir kanakı amansızcasına döydü - Video

Dövlət əleyhinə çağırışlar yayan bu 7 nəfər axtarışa verildi

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla