Yuxarı

Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səidə Bəkirqızına qarşı məhkəmə - Qərar elan edildi

Avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, bununla da Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri üzrə xüsusi ittiham qaydasında verdiyi şikayət məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.

Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək şikayəti təmin etməyib.

Tarix
2026.08.06 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla