Yuxarı

Bu ölkədə Azərbaycan günləri keçirildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Azərbaycan günləri keçirildi - Foto

Kanadada fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyət Mərkəzi bu ölkədə ilk dəfə olaraq "Azərbaycan mədəniyyəti günü" tədbiri təşkil edib.

Mərkəzdən Axar.az-a bildiriblər ki, tədbir Alberta əyalətinin Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyi ilə keçirilib.

Tədbirdə "Kalqari ulduzları" qrupu iştirakçılara Azərbaycanın milli rəqsləri, o cümlədən "Tərəkəmə", "Naxçıvani", "Nəlbəki", "Sarı gəlin", "Ləzginka" və s. ifa ediblər. Həmçinin Yapon Cəmiyyəti tərəfindən kimononun hazırlanması, yerli "HYMN" qrupunun ifasında canlı musiqi, "Qaya-Kalqari" qrupunun ifasında isə "Bəri gəl" xalq mahnısı təqdim olunub. Soydaşımız Təhminə Rafaella tərəfindən İçərişəhərlə bağlı filmin təqdimatı da olub.

Tədbirdə qonaqlar Azərbaycanın milli şirniyyatlarından, o cümlədən paxlava və şəkərburadan dadıblar.

Alberta əyalətinin mədəniyyət və turizm naziri Rikardo Miranda çıxış edərək belə gözəl tədbirin təşkilinə görə mərkəzin üzvlərinə minnətdarlığını bildirib.

Mərkəzin prezidenti Famil Qarayev Kalqaridə yaşayan azərbaycanlılar adından xatirə hədiyyəsi olaraq üzərində Azərbaycan xalçasının əks olunduğu plaketdən, ölkəmizlə bağlı nəşrlərdən və milli şirniyyatlarımızdan ibarət xonçanı R.Mirandaya təqdim edib.

Tarix
2016.10.12 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla