Yuxarı

Moskva-Ankara-Bakı üçbucağı: Rusiya istəsə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskva-Ankara-Bakı üçbucağı: Rusiya istəsə...

İstanbulda keçirilən Dünya Enerji Konqresində Azərbaycan, Rusiya və Türkiyə rəhbərlərinin görüşləri, bölgədə enerji layihələrinin inkişafına yönəlik proqramlara olan dəstək birbaşa Azərbaycanın mənafeyinə uyğundur.

Bu barədə Axar.az-a millət vəkili Asim Mollazadə danışıb. Millət vəkili hesab edir ki, bu proses Bakının həyata keçirdiyi bir sıra layihələrin inkişafına xidmət edəcək:

"Regionda sülhün bərqərar olması üçün Türkiyə-Rusiya münasibətlərinin inkişafına böyük ehtiyac var və bu istiqamətdə uğurla davam edən irəliləyiş Azərbaycanın maraqlarına da uyğundur. Əgər Rusiya yaxın gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müvafiq addımlar atarsa, o zaman Cənubi Qafqaz sabitlik və əməkdaşlıq bölgəsinə çevriləcək. Hazırda bizim üçün ən önəmli və əsas məsələ budur. Əslində, güclü Rusiya-Türkiyə münasibətləri Azərbaycanın iqtisadi və təhlükəsizlik sahəsində olan maraqlarını təmin edə bilər. Bu, çox önəmli faktordur. Ona görə də ümidvarıq ki, Rusiya Türkiyə ilə getdikdə yaxınlaşan bu əməkdaşlığı nəticəsində Qarabağla bağlı da müəyyən addımlar atsın".

Qeyd edək ki, oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. Tədbir oktyabrın 13-dək davam edəcək. Konqres çərçivəsində Rusiya, Türkiyə və Azərbaycan liderlərinin bir araya gəlməsi və onlar arasındakı səmimi görüntülər əsas müzakirə mövzularındandır.

Tarix
2016.10.13 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Kəlbəcər sakinlərinə xoş xəbər

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

Həyat yoldaşımla Şuşada daha çox qalmaq üçün... - Səfir

Qardaş ölkə Ermənistana səfir göndərdi - İlk dəfə

Qarabağa səfərlərin təşkili mühüm əhəmiyyətə malikdir

Diplomatlar Ağdərə və Kəlbəcərə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla