Yuxarı

İrəvan inkişaf perspektivini itirib – Erməni ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan inkişaf perspektivini itirib – Erməni ekspert

Rusiyalı məmurların Ermənistanın Avrasiya inteqrasiyasının mərkəzi olacağı haqqında fikirləri ironiyadan başqa bir şey deyil.

Axar.az xəbər verir ki, bunu "Lragir.am" saytına açıqlamasında erməni iqtisadçı Aşot Yeqiazaryan söyləyib. Onun sözlərinə görə, Ermənistan Avrasiya İttifaqına üzv olduqdan sonra heç bir uğur qazanmayıb:

"Onlar hansı inteqrasiya mərkəzindən danışırlar? Mərkəz Rusiya olmalıdır, amma Moskvanın da bunun üçün potensialı kifayət etmir. Özünün iqtisadi strukturu ilə bu ölkə deqradasiyaya məruz qalır. Ermənistan təcrid olunub. Onun Avrasiya İttifaqı ilə heç bir sərhədi yoxdur. Üstəlik, bizim ölkə idxaldan tam asılıdır və belə olan halda hansı mərkəzdən danışmaq olar. Ermənistan Avrasiya İttifaqının tərkibində heç bir uğur qazanmayıb. Əgər onlar digər ölkələrin tənəzzüllü fonunda Ermənistanda son aydakı artımı nəzərdə tuturlarsa, bu başqa bir şeydir. Axı biz bilirik ki, bu artım nəyin hesabına baş verir. Kənd təsərüffatındakı kiçik uğurlara görə Ermənistan öz xarici borcunu artırıb. Ermənistan tam təcrid olunub və biz Qərblə İran istiqamətində olan iqtisadi inkişafın bütün perspektivlərini itirmişik. Ermənistan hazırda Rusiyanın bütün risklərini öz üzərində daşıyır. Ona görə ki, bizim ölkə faktiki olaraq Rusiyanın siyasi, hərbi və iqtisadi məkanının bir hissəsinə çevrilib".

Tarix
2016.10.16 / 10:12
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla