Yuxarı

Ermənilərdən görünməmiş hiylə: raketlər bu təyyarə ilə... - Təhlil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərdən görünməmiş hiylə: raketlər bu təyyarə ilə... - Təhlil

Ermənistan mülki hava gəmilərindən (təyyarələrdən) hərbi məqsədlər üçün istifadə imkanlarını nəzərdən keçirir.

AzeriDefence-nin apardığı araşdırmaların nəticələrinə görə, ermənilərin bu ideyasının reallaşması Azərbaycan üçün problemlər meydana çıxara bilər.

Belə ki, İrəvanda keçirilən "ArmHiTec-2016" müdafiə sərgisində Ermənistanın "65 nömrəli hərbi zavod"unun əməkdaşı Rafiq Soqomonyan bu planın bəzi təfərrüatlarını açıqlayıb.

R.Soqomonyan zavodda istehsal edilən idarə olunmayan raketlər barədə danışarkən deyib: "Biz həmçinin 10 km məhvetmə uzaqlığına malik idarə olunmayan raketləri istehsal edirik. O raketləri həm yerdən, həm də mülki təyyarədən buraxmaq olar. Bir uçuş zamanı təyyarədə 20-dək raket yerləşdirmək olar".

Müəssisə nümayəndəsinin "özünü reklam"la açıqladığı bu informasiya ermənilərin növbəti provokasiyası sayıla bilər. Ermənilərin son illərdə mülki əhalidən, mülki texnikalardan istifadə etməklə öz hərbi planlarını gerçəkləşdirməsinə dair Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən kifayət qədər faktlar ortaya qoyulub. Ekspertlərin fikrincə, bunu nəzərə alıb, ermənilərin xəbərini diqqətlə analiz edərək, Azərbaycan Dövlət Mülki Aviasiya Adminstrasiyası İCAO qarşısında məsələ qaldıra, beynəlxalq təşkilatlara xəbərdarlıq edə bilər.

"Mülki kodu olan, beynəlxalq və ya lokal səviyyəli uçuşlar yerinə yetirən hava gəmilərinin rəqibin ərazilərinin bombalanmasında və digər hərbi məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Silahlandırılmış və hərbi məqsədlər üçün istifadə edilən təyyarələrin vurulmasından ermənilər beynəlxalq təşkilatlarda Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar", – deyə saytın ekspertləri bildiriblər.

Tarix
2016.10.16 / 19:15
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla