Yuxarı

Ərdoğanın sonu yaxınlaşır – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın sonu yaxınlaşır – Şərh

"Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O, İlkər Başbuğ vasitəsilə Ərdoğanın itirdiyi nüfuzunu geriyə qaytarmağa çalışdığını bildirib:

"Generallar Ərdoğanla ittifaq yaratmayacaqlar. İlkər Başbuğ Konstitusiya Məhkəməsinin qərarı ilə həbsdən çıxdı. Daha sonra mini mitinqdə iştirak elədi. Burada o çıxış edərək mitinqi keçirməkdə əsas məqsədinin həbsdə qalan zabit yoldaşlarının azadlığa çıxarılması olduğunu deyib. Mənim zənnimcə, Ərdoğan eks-baş qərargah rəisini həbsdən azad etməklə özünü cəmiyyətin gözündə geriyə çəkdi. Əgər mühakimə edilən şəxs bir gündə azad edilirsə, deməli, burada məhkəmə müstəqil deyil. Məhkəmə dövlətdə əsas söz sahib olan siyasi iradədən asılıdır. Ərdoğan generalları həbsdən azad etməklə siyasi manevr etməyə, bununla da cəmiyyətdə özünün itirdiyi reytinqini geriyə qaytarmağa çalışır. Əslində bunların heç bir baş verməyəcək. O, atdığı addımla özünün yaratdığı hakimiyyətdə hər şeyin bir nəfərin iki dodağının arasından çıxan sözdən asılı olduğunu göstərdi".

Politoloq növbəti seçkilərdə Ərdoğanın məğlub olacağını da bildirdi:

"Mən hesab edirəm ki, martın 30-da Ərdoğan seçkilərdə uğur qazanmayacaq. Onlar iddia edirlər ki, 50 faizdən çox səs toplayacaqlar. Amma onların bu günkü səs faizləri 30-35 faiz arasındadır. Yəni ki, yerli seçkiləri uduzacaqlar. Yerli seçkiləri uduzan adamın digərlərində uğur qazanması isə mümkün deyil. Ərdoğanın sonu yaxınlaşmaqdadır".

Qeyd edək ki, bir müddət öncə türkiyəli yazarlar həbsdən çıxan generallarla Ərdoğanın Fətullah Gülənə qarşı ittifaq yaradacağını bildirmişdilər.

Tarix
2014.03.11 / 16:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla