Yuxarı

Azərbaycan Türkiyə üçün qürur mənbəyidir - Ərdoğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Türkiyə üçün qürur mənbəyidir - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Ərdoğanın məktubunda deyilir:

"Hörmətli cənab prezident, əziz qardaşım. 18 Oktyabr – dövlət müstəqilliyinin 25-ci ildönümü münasibətilə zati-alinizə və qardaş Azərbaycan xalqına millətim adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra hər il inkişaf edən və güclənən Azərbaycanın bu gün beynəlxalq miqyasda tutduğu mötəbər yer Azərbaycan üçün olduğu qədər, Türkiyə üçün də böyük qürur mənbəyidir. Ümummilli lider Heydər Əliyevin və şəxsən sizin müdrik rəhbərliyinizin bu uğurda böyük rol oynadığı şübhəsizdir. Müstəsna əlaqələrə malik ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyin qarşıdakı dövrdə də güclənib inkişaf edəcəyinə inanır, qardaş Azərbaycana lazım olan hər cür dəstəyi göstərməyə davam edəcəyimizi xüsusi vurğulamaq istəyirəm.

Bu xoş fürsətdən istifadə edib, zati-aliləri, əziz qardaşıma cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına bir daha əmin-amanlıq və rifah arzularımı çatdırıram".

Tarix
2016.10.18 / 20:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla