Yuxarı

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində əfv sərəncamının icrası həyata keçirilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 4 saylı müəssisədən bir qadın - Pakistan vətəndaşı Sabir Soniaya əfv olunması barədə arayış verilib və o, azadlığa qovuşub.

Qeyd edək ki, bu gün verilən əfv sərəncamı bir qadın məhkuma şamil olunub.

Sabir Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum edilmişdi. Pakistanlı qadın quldurluqda ittiham olunmuş və 7 il azadlıqdan məhrum edilmişdi. Onun cəzasının bitməsinə 6 ay qalmışdı.

Bununla həbsdə olan dörd əcnəbi vətəndaş cəzaçəkmə yerindən azad olunub. Əfv sərəncamı ilə azad olunanlar Türkiyə vətəndaşları Demir Mehmet və Özdəmir Saleh, Rusiya vətəndaşı Mikhayılov Kirill Vladimiroviç, Pakistan vətəndaşı Sabir Soniadır.

Fransa vətəndaşı Martin Rayan isə Lənkəranda cəzaçəkmə müəssisəsindən azad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla ümumilikdə 20 nəfər əfv olunub. Onlardan 5-i əcnəbidir.

Tarix
2026.09.23 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla