18:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Qazax
şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Qazax şəhərində
çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi
üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat
fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat
ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək
tapşırılıb.
***
19:57
Prezident İlham Əliyev "ASAN Viza" sistemi haqqında
Əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, "Elektron vizaların verilməsi
prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması
haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun
tarixli 923 nömrəli Fərmanına əsasən qərara alıram:
1. "ASAN Viza" sistemi haqqında Əsasnamə" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
21:04
Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 30 sentyabr tarixli 324-VQD nömrəli Qanununun tətbiqi və
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında"
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli
48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 30 sentyabr tarixli 324-VQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Hüquqi şəxslərin dövlət
qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli
48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə
801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54;
2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103;
2016, № 3, maddə 465; Azərbaycan Respublikası Prezidentinin 2016-cı
il 6 sentyabr tarixli 1027 nömrəli Fərmanı) 2.12-1-ci bəndi
aşağıdakı redaksiyada verilsin:
"2.12-1. həmin Qanunun 16.2.4-cü maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir, "qurum" dedikdə isə,
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
nəzərdə tutulur;".
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət
reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin".
***
Prezident İlham Əliyev "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının 2016-cı il 30 sentyabr tarixli 331-VQD
nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30
sentyabr tarixli 331-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, №
6, maddələr 1025, 1063, № 7, maddə 1272, Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 6 sentyabr tarixli 1031 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.1-ci bənddə "463-cü" sözləri "462 (ikinci halda), 463,
471, 472, 473.2, 473.3, 478-ci" sözləri ilə, "548-ci maddəsinin
adında" sözləri "478-ci və 548-ci maddələrinin adlarında" sözləri
ilə əvəz edilsin;
3.2. 4.1-1-ci bənddə "463-cü" sözləri "462, 463, 471, 472,
473.2, 473.3, 478-ci" sözləri ilə, "548-ci maddəsinin adında"
sözləri "478-ci və 548-ci maddələrinin adlarında" sözləri ilə əvəz
edilsin;
3.3. 4.37-ci bənddə "465-ci maddəsində" sözləri "462 (birinci
halda) və 465-ci maddələrində" sözləri ilə əvəz edilsin".