Yuxarı

Qarabağ tamamilə azad olunacaq, Ermənistan... – Xəritə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Misaki Milli"dən danışandan sonra Böyük Türkiyə Xəritəsi yayılıb.

Publika.az xəbər verir ki, Ərdoğan "Türkiyəni 1923-cü ildən bəri həbs edənlərin məqsədi coğrafiyamızdakı minillik varlığımızı, Səlcuqlu və Osmanlı keçmişimizi bizə unutdurmaqdır" deyə bildirib.

O, "Misaki Milli" hədəflərini qoruya bilmədiklərini açıqlayıb: "20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə gəldik. 2016-cı ildə 1923-cü il psixologiyası ilə hərəkət edə bilmərik. 1923-cü ildən bəri mövcud sərhədləri qorumaq üzrə bir anlayış vardır. Bu, səhv anlayışdır. Təəssüf ki, həm qərb, həm də cənub sərhədlərimizdə "Misaki Milli" hədəflərimizi qoruya bilmədik. Dövrün şərtləri etibarı ilə bu vəziyyətlə razılaşanlar ola bilər. Bu yanaşma ilə bir yerə qədər razılaşmaq mümkündür. Əsl dəhşətlisi, zərurətdən qaynaqlanan bu vəziyyəti qəbul edərək özümüzü tamamilə həbs etmə anlayışıdır".

Türkiyə prezidentinin bu açıqlamasından sonra yayılan xəritə yunanları, eləcə də erməniləri qorxuya salıb.

Böyük Türkiyə Xəritəsində ən diqqət çəkən məqamlardan biri Ermənistan ərazisinin yarıya qədər kiçilməsi və Dağlıq Qarabağın tamamilə azad olunaraq, Azərbaycan tərkibinə qaytarılmasıdır.

Qeyd edək ki, "Misaki Milli" (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.

"Misaki Milli" sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı, Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları və Qərbi Trakya daxildir.

Tarix
2016.10.21 / 12:21
Müəllif
Axar.az
Digər xəbərlər

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok etdi

Ağalarovun restoranında toy edən məmur işdən çıxarıldı

Bayramov özbəkistanlı həmkarı ilə görüşdü

Xəzərin Azərbaycan hissəsində tornado təkrarlana bilər?

Qətərə edilən son hava hücumu... - Ceyhun Bayramov

Leyla Əliyevanın təşəbbüsü ilə yeni layihə işə başladı

Rusiya Ermənistana qaz nəqlini dayandırır - Səbəb

70 kq qızılla saxlanılan Məmmədovla bağlı yeni qərar

Sonsuz qardaşlıq - IV təlimindən yeni görüntülər - Video

Nuri Paşanı yad edirəm, Azərbaycana salamlar... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla