Yuxarı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Tiktok platformasında ödəniş sistemlərini təqlid edən altı sayt və onları yayan hesablar aşkarlayıb.

Axar.az xəbər verir ki, bu barədə MKA məlumat yayıb.

Bildirilib ki, saytlar "Azercell", "Bakcell" və "Nar" operatorlarının endirimli internet və danışıq paketlərini təklif edir, real ödəniş xidməti göstərmir və istifadəçidən bank kartı rekvizitlərini tələb edir.

Fəaliyyət ayrı-ayrı hadisələr toplusu deyil, vahid nümunə üzrə qurulmuş şəbəkədir. Hər bir hal eyni dörd elementdən ibarətdir: qanuni ödəniş brendini təqlid edən ad, ucuz və ya pulsuz hostinqdə yerləşən sayt, Tiktok hesabı və həmin hesabın ödənişli reklamı. Yalnız brend adı dəyişir, quruluş isə dəyişməz qalır.

Ödənişli reklamın istifadəsi bütün hallarda təsdiqlənmişdir: materiallarda "Ad" nişanı, "Learn more" və "Shop now" düymələri yer alır. Bu, hər hesabın arxasında reklam kabineti, ödəniş vasitəsi və doğrulanmış əlaqə məlumatlarının olduğunu göstərir.

Araşdırmanın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Tarix
2026.09.14 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

Mübariz Mənsimovun gəmisi necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla