Yuxarı

Pakistan lideri İlham Əliyevə məktub göndərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan lideri İlham Əliyevə məktub göndərdi

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyndən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

"Zati-aliləri,

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Pakistan ilə Azərbaycan arasında sıx əlaqələr mövcuddur. Ölkələrimiz və xalqlarımız arasında dostluq əlaqələri qarşılıqlı hörmət, mədəni dəyərlərin ümumiliyi, həmçinin regional və beynəlxalq məsələlər üzrə mövqelərimizin oxşarlığı əsasında qurulub. Ölkələrimiz həmişə sınaq anlarında və çətin zamanlarda bir-birinə dəstək olublar. Əminəm ki, ölkələrimiz arasında mövcud münasibətlər gələcək illərdə daha da güclənəcək.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqına tərəqqi arzulayıram.

Zati-aliləri, mənim dərin ehtiramımı və xoş arzularımı qəbul edin", - təbrikdə qeyd edilib.

Tarix
2016.10.21 / 19:06
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla