Yuxarı

Erməni bacılar Bakıya gəldi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni bacılar Bakıya gəldi - Video

Rusiyanın Sankt-Peterburq şəhərindən olan erməni əsilli Olqa Tamazyan 2026-cı ildə keçirilən Formula-1 Azərbaycan Qran-Prisini izləmək üçün bacısı ilə birlikdə Bakıya gəlib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, o, səfəri barədə sosial şəbəkədə paylaşım edib.

O.Tamazyan bildirib ki, bu səfərə əvvəlcədən hazırlaşıb:

“Bütün mümkün qurumlara yazmaq qərarına gəldim. Hamısı mənə cavab verdi ki, əlbəttə, sizi gözləyirik, gəlin, heç bir problem yaranmamalıdır”.

O.Tamazyan deyib ki, səfərdən öncə bəzi şəxslər onları valideynlərinin mənşəyi, qohumlarının yaşadığı yer və Qarabağla əlaqələrinin olub-olmaması ilə bağlı mümkün suallar barədə xəbərdar ediblər. Ancaq onları Bakıda heç kim sorğu-sual etməyib. 5 günlük səfər boyu erməni soyadına görə heç bir mənfi münasibətlə qarşılaşmayıblar.

“Biz ölkədə beş gün qaldıq, hamı bizim erməni soyadımızın olduğunu açıq şəkildə görürdü. Həm oteldə, həm taksidə və s. Bir nəfər də bizə pis nəsə demədi".

Tarix
2026.09.30 / 15:28
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla