Yuxarı

Güney azərbaycanlılar yeni partiya yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güney azərbaycanlılar yeni partiya yaratdı

Güney Azərbaycandan olan bir qrup soydaşımız Səhənd Partiyasının rəsmən fəaliyyətə başladığını elan ediblər.

Bu barədə Axar.az-a partiyadan bildirilib.

“Səhənd Partiyası öz məramnamə və nizamnaməsini bəyan edərək, plüralist liberal-demokratiya prinsiplərinə əsaslanan müasir bir siyasi təşkilat kimi rəsmi fəaliyyətə başladığını elan edir. Partiya öz mövcudluq fəlsəfəsini, indiki İran coğrafiyasında onilliklər boyu tətbiq edilən struktur zülmünə və sistematik ayrı-seçkiliyə qarşı şüurlu bir cavab olaraq dəyərləndirir”, - məlumatda qeyd olunub.

Partiya özünün əsas məqsəd və hədəflərini də açıqlayıb:

- Öz müqəddəratını təyinetmə hüququ: Bu hüququn BMT Nizamnaməsi və Beynəlxalq Mülki və Siyasi Hüquqlar Paktı əsasında reallaşmasının vurğulanması;

- Azərbaycan türkçəsinin rəsmiləşdirilməsi: Bu dilin Cənubi Azərbaycan ərazisində tam və müstəsna rəsmi, inzibati və təhsil dili olaraq bərqərar edilməsi;

- Dünyəvilik: Din təsisatının siyasi strukturdan tam ayrılması, fərdi azadlıqların, geyim və həyat tərzi seçimlərinin qorunması;

- Azad bazar iqtisadiyyatı: Dövlət inhisarlarına son qoyulması, özəl mülkiyyətin təmin edilməsi və təbii sərvətlərdən əldə olunan gəlirlərin ilk növbədə regionun inkişafına sərf olunması;

- Qanunun aliliyi və hakimiyyət bölgüsü: Hakimiyyətin üç qanadının qəti bölünməsi və hərbi/təhlükəsizlik qurumları üzərində mülki rəsmilərin tam nəzarətinin qurulması.

Partiya rəhbərliyindən bildirilib ki, təşkilatın son məqsədi dinc mülki mübarizə və beynəlxalq diplomatiya vasitəsilə mərkəziyyətçi müstəmləkə sisteminə son qoymaq, Cənubi Azərbaycanda milli, müstəqil və demokratik bir dövlət strukturu qurmaqdır.

Tarix
2026.09.30 / 18:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla