Yuxarı

Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı sülhlə bağlı yalnız son bir addımı gözləyir...

Azərbaycan yalnız son bir addımı - Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyir və bundan sonra yekun sülh sazişi reallığa çevriləcək.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizlik bərqərar olub, lakin onların dayanıqlığını təmin etmək vacibdir.

O qeyd edib ki, uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll olunub və Azərbaycan strateji səbr və liderlik nümayiş etdirib:

"Biz həmişə demişik ki, müharibəni qazanmışıq, lakin daha bir addım atmaq – sülhü qazanmaq vacib idi. Bu, həqiqətən də strateji təfəkkür, səbr və prezidentin liderliyini tələb edən son dərəcə çətin bir vəzifə idi".

H.Hacıyevin sözlərinə görə, hazırda regionda de-fakto sülh mövcuddur:

"Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz sülh şəraitində yaşayırıq və hətta sülh şəraitində yaşamağı öyrənirik. Müstəqilliyimizin ilk günlərindən torpağımızda kifayət qədər sülh olmayıb. Amma indi biz səylə işləyirik və bu gün regionda de-fakto sülh mövcuddur. Lakin sülh yalnız kağız üzərində qalmamalıdır".

H.Hacıyev əlavə edib ki, sülh sazişinin yekun olaraq bağlanması üçün Ermənistan Konstitusiyasına müvafiq dəyişikliklərin edilməsi gözlənilir.

"Biz yalnız bir son addımı – Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı dəyişikliklərin edilməsini gözləyirik. Bundan sonra, düşünürəm ki, yekun sülh sazişi reallığa çevriləcək", - o bildirib.

Tarix
2026.10.02 / 10:04
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi... - Prezident

YAP-ın VIII Qurultayı keçirilir, İlham Əliyev çıxış etdi

Onlar Köçəryanın əsas seçici bazasını təşkil edirdi...

Azərbaycanın İsraillə münasibətləri... - Hacıyev

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla