Yuxarı

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

2026.10.05,16:32

5 oktyabr 2026-cı il tarixində, "Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Məmmədov" adlı gəmi Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə "Palmali" Şirkətlər Qrupu məlumat yayıb.

“Hücumdan sonra gəmidə yanğın baş verib və heyətin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanılıb.

Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin həyatını itirməsi bizi dərindən kədərləndirir. Heyətin digər üzvləri təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

Həyatını itirən dənizçilərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verərək onlara səbir arzulayırıq. "Palmali" Şirkətlər Qrupu olaraq, həyatını itirən dənizçilərin ailələrinin yanındayıq; bütün zəruri dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması istiqamətində işlər diqqətlə həyata keçirilir.

Hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlarla əlaqəli şəkildə yaxından izlənilir", - məlumatda qeyd olunub.

Tarix
2026.10.06 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

Bakı Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayıldı

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla