Yuxarı

Kəlbəcərlə bağlı araşdırma... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəlbəcərlə bağlı araşdırma... - Foto

Kəlbəcər rayonunun toponimiyası kifayət qədər zəngindir və onların arasında sirləri açılmamış neçə-neçə coğrafi ad öz tədqiqatçısının yolunu gözləyir.

Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun sədrliyi ilə bu qurumun elmi şurasının növbəti iclasında səsləndirilib.

İclasda paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi Rəşid Fətəliyev "Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında" mövzusunda məruzəsində bildirib ki, Kəlbəcər və digər işğal olunmuş torpaqlarımızın coğrafi cəhətdən tədqiqi indi mümkün olmasa da, həmin ərazilərin toponimiyasının öyrənilməsi elmi əhəmiyyətlə yanaşı, həm də mənəvi borcdur. Qədim yurd yerlərimizin unudulmaması üçün alim və mütəxəssislərin bu məsələyə diqqəti artırması vacibdir.

Tədqiqatçı Kəlbəcər rayonunun bəzi toponimlərinin mənşəyi haqqında məlum olan versiyaları araşdırıb, yeni, bir qədər fərqli versiyalar irəli sürüb ki, burada toponimə məxsus coğrafi xüsusiyyətlər ön plana çəkilir.

Məruzə ətrafında çıxışlar dinlənilib.

Sonra elmi şuranın qərarı ilə Coğrafiya İnstitutunun növbəti dəfə çapa hazırladığı "Azərbaycanın coğrafiyaçı alimləri" kitabının daha mükəmməl, əhatəli işlənməsi üçün doqquz nəfərdən ibarət redaksiya heyəti təsdiqlənib.

Tarix
2016.10.27 / 19:48
Müəllif
Axar.az
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla